Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları start götürüb.
Sportagon.az xəbər verir ki, təmsilçimiz “Sabah” növbəti qarşılaşmasına çıxıb. Masazır klubu “KuPS”la qarşılaşıb.
Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürüb. Görüşün baş hakimi polşalı FIFA referisi Lukaş Kujma olub. Oyun “bayquşlar”ın minimalhesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Xatıradaq ki, cütün qalibi növbəti raundda “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00 Sabah – KuPS (Finlandiya) 1:0
“Bank Respublika Arena”

