Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportagon.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Uelsdə TNS-lə üz-üzə gəlib. “Bayquşlar” qitənin birinci dərəcəli klub turnirinin ilk raundunun cavab matçında inamlı qələbə qazanıb (2:0).
Oyunun baş hakimi Mateu Buskets Ferrer olub. Ona yan xətdə İnyiqo Prieto və Qonzalo Qarsiya kömək edib.
Migel Anxel Ortis isə dördüncü hakim funksiyasını yerinə yetirib. Görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah” 2-ci təsnifat mərhələsində “Kups”la (Finlandiya) üz-üzə gələcək.
Xatırladaq ki, Osvestridəki “Park Hall”da keçirilən TNS – “Sabah” dueli Bakı vaxtı ilə saat 21:30-da başlayıb.

