
Sportagon.az “Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər ağdamlıların uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandamızın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.

