Bülent Korkmazın yeni iş yeri məlum olub. Sportagon.az xəbər verir ki, türkiyəli mütəxəssis ölkəsində çalışacaq.
57 yaşlı məşqçi “Antalyaspor”la anlaşıb. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Bülent Korkmazın son iş yeri “Esenler Erokspor” olub.

