“Beşiktaş” “Yuventus”un yarımmüdafiəçisi Fabio Miretti ilə müqavilə imzalayıb.
Sportagon.az xəbər verir ki,bu haqda klub rəsmi açıqlama yayıb.
Müqavilənin şərtlərinə görə “Beşiktaş” Mirettini satınalma şərti ilə müvəqqəti olaraq icarəyə götürüb.
Qeyd edək ki,23 yaşındakı futbolçu keçən mövsüm “Yuventus”un heyətində 31 oyun keçirmiş,1 qol vurub və 3 assist edib.Miretti kariyerasına “Yuventus” akademiyasında başlamış,2021-22 mövsümündə “Cenoa”ya icarəyə verilib.”Cenoa”da bir neçə mövsüm keçirmiş Miretti keçən mövsüm “Yuventus”a qayıtmış və 1 mövsüm “Yuventus” forması geyinmişdir.

