“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubda qalıb.
Sportagon.az xəbər verir ki, danimarkalı mərkəz müdafiəçisinin müqavilə müddəti 2028-ci il iyunun 30-a qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kristensen 2022-ci ilin yayında “Çelsi”dən azad agent kimi “Barselona”ya keçmişdi.
Xatırladaq ki, 30 yaşlı futbolçu “Borussiya”da (Münhenqladbax) oynayıb.

