“Şirvan” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportagon.az xəbər verir ki, II Liqa təmsilçisi hücumçu Amil Yunanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, Amilin son klubu “Mingəçevir” olub.

