“Mançester Siti” Xulian Alvarezin mümkün transferi ilə bağlı “Atletiko Madrid”lə əlaqə saxlayıb.
Sportagon.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, İngiltərə klubu argentinalı hücumçunu icarəyə götürmək istəyir.
Lakin “Mançester Siti” “Arsenal”la eyni problemlə üzləşib. Belə ki, 26 yaşlı futbolçu İngiltərəyə qayıtmaq istəmir.
Bundan başqa, Madrid təmsilçisi futbolçu üçün ən azı 150 milyon avro ödənilməsini tələb edir.
Qeyd edək ki, Alvarez 2022-2024-cü illərdə “Mançester Siti”nin formasını geyinib.

