Futzal üzrə Dünya Çempionatının (DÇ-2028) əsas mərhələsində yarışacaq Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.
Sportagon.az xəbər verir ki, yığmamız ilk oyunu səfərdə baş tutacaq və Çexiya ilə üz-üzə gələcək.Bu matç oktyabrın 16-da baş tutacaq. Seçməmiz noyabrın 5-də Bakıda həmin rəqiblə qarşılaşacaq
Millimiz noyabrın 8-də Bakıda Latviya, 2027-ci il fevralın 27-də səfərdə bu komanda ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, yığmamız XII qrupda mübarizə aparacaq.

