Sabah Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək.
Sportagon.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan 20 boksçu ilə təmsil olunacaq.
Turnirdə ölkəmizlə yanaşı, Gürcüstan, Qazaxıstan, İsrail və Ermənistan milli komandaları da mübarizə aparacaqlar.
Qeyd edək ki, Gürcüstana yollanan boksçularımız iyulun 19-da Bakıya qayıdacaqlar.

