DÇ-2026-da Argentina və İsveçrə yığmaları arasında keçirilən 1/4 final matçının ən yaxşı oyunçusu bəlli olub.
Sportagon.az FİFA-nın saytına xəbər verir ki, Argentina millisinin hücumçusu Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb.
O, 3:1 hesabı ilə qalib gəldikləri matçın 112-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, Argentina millisi iyulun 15-də keçiriləcək yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

