“Qobu”nun futbolçuları yol-nəqliyyat hadisəsi nəticəsində həlak oldular.
Sportagon.az xəbər verir ki, dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı minik avtomobili ilə toqquşdu.
Nəticədə, “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov elə hadisə yerindəcə öldülər. “Ford Transit”in sürücüsü isə xəsarətlər aldı.
“Qobu” 2025/26 mövsümündə AFFA Region Liqasında iştirak edib.

