Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo Oçoa karyerasını başa vurub.
Sport1.az xəbər verir ki, futbol üzrə son Dünya Çempionatında da iştirak edən qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Oçoa vida paylaşımında bu sözləri yazıb:
“Bu arzumun məni nə qədər uzağa aparacağını təsəvvür edə bilməzdim.
Bu gün yalnız qürurla geri baxıb “Təşəkkür edirəm” deyə bilərəm.
Ailəmə, komanda yoldaşlarıma, hər addımda yanımda olan azarkeşlərə minnətdarlığımı çatdırıram. Yaşadıqlarımızı heç kim bizdən geri ala bilməz”.
Qeyd edək ki, 41 yaşlı çərçivə qoruyucusu karyerası ərzində ümumilikdə 788 oyuna çıxıb, 1096 qol buraxıb və 194 matçda qapısını toxunulmaz saxlayıb.

