NEW YORK, NEW YORK - JULY 17: Emiliano Martinez #23 of Argentina speaks to the media during a press conference ahead of the FIFA World Cup 2026 Final at Fanatics Fest at Javits Center on July 17, 2026 in New York, New York. Lars Baron/Getty Images/AFP (Photo by Lars Baron / GETTY IMAGES NORTH AMERICA / Getty Images via AFP)
Argentina millisinin qapıçısı Emiliano Martinez 2026-cı il dünya çempionatı zamanı ciddi zədə ilə mübarizə apardığını açıqlayıb.
Sportagon.az xəbər verir ki, “The Sun”un məlumatına görə 33 yaşlı qapıçı may ayında “Aston Villa”nın Avropa Liqasının finalı öncəsi isinmə zamanı barmağını sındırdığını bildirib.
“Barmağım hələ də ağrıyır. Əməliyyatdan qaçmağa çalışdım. Müxtəlif ölkələrdə əl üzrə mütəxəssislərlə məsləhətləşdim. Mənə dedilər ki, əməliyyat olunsam, dünya çempionatının qrup mərhələsini buraxacağam. Buna görə fərqli hazırlıq keçdim və ilk oyundan iki gün əvvəl özümü yaxşı hiss etmirdim”, – deyə Martinez söyləyib.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşacaq.

