Azərbaycan millisinin forvardı Renat Dadaşov Türkiyəyə geri qayıda bilər.
Sportagon.az xəbər verir ki, Türkiyə 1-ci liqasında yarışan “Vansspor” Dadaşovu heyətinə qatmaqda iddialıdır.
Əgər Türkiyə klubu Renatın maliyyə şərtlərini qarşılayarsa, keçid baş tuta bilər. Danışıqlar müsbət yekunlaşmasa, millinin forvardı digər təklifləri dəyərləndirəcək.
Xatırladaq ki, millimizin forvardı hazırda klubsuzdur.
Qeyd edək ki, 27 yaşlı hücumçu “Eştoril”, “Vulverhempton”, “Pakoş Ferreyra”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü”, “Radomiak”, “Motor” klublarında çıxış edib.

