BARCELONA, SPAIN - AUGUST 12: Marc Casado of FC Barcelona looks on during the Joan Gamper Trophy match between FC Barcelona and AS Monaco at Estadi Olimpic Lluis Companys on August 12, 2024 in Barcelona, Spain. (Photo by Eric Alonso/Getty Images)
“Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Mark Kasado karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportagon.az xəbər verir ki, “Marca”nın məlumatına görə, “Əl-Hilal” ispaniyalı futbolçunun transferi üçün hərəkətə keçib. Bildirilir ki, “Barselona” transfer baş tutacağı təqdirdə bonuslarla birlikdə təxminən 30 milyon avro gəlir əldə edə bilər.
Məlumata görə, Kataloniya klubu iyulun 13-də başlayacaq yay toplanışına qədər keçidi rəsmiləşdirməyə çalışır.
Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Kasado ötən mövsüm 34 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

