DÇ-2026-nın 1/16 finalında İspaniya və Avstriya yığmaları arasında keçirilən matçın ən yaxşı oyunçusu müəyyənləşib.
Sportagon.az FİFA-nın saytına istinadən xəbər verir ki, ispanların heyətində Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb.
18 yaşlı vinger matçı yaxşı səviyyədə keçirsə də, qol və qol ötürməsi ilə fərqlənməyib.
İspaniyanın 3:0 hesabı ilə qalib gəldiyi oyunda Mikel Oyarzabal dubl edib. Digər qolu isə Pedro Porro vurub.

