Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro Mini Champs” yarışında uğurlu çıxışını davam etdirir.
Sportagon.az xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançı ilk üç mərhələni lider kimi başa vurub.
O, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib.
Mehin yarımfinalda İsveçrə təmsilçisini 3:0 hesabı ilə məğlub edərək “mini Avropa çempionatı” adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.
Stolüstü tennisçimiz həlledici görüşdə Latviya təmsilçisi ilə qarşılaşacaq.

