“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də “Monreal”la oyunda poker edib.
Sportagon.az xəbər verir ki, argentinalı ulduz 7:1 hesabı ilə başa çatan qarşılaşmada 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Messi üçün bu, MLS-də ilk poker olub. 39 yaşlı futbolçu karyerasında 8-ci dəfə bir matçda ən azı 4 qol vurub.
O, sonuncu dəfə 22 fevral 2020-ci ildə “Barselona”nın heyətində La Liqada “Eybar”a qarşı keçirilən matçda (5:0) 4 qol vurmuşdu.
Qeyd edək ki, Messi bu görüşdən sonra MLS-də mövsüm ərzində vurduğu qolların sayını 18-ə çatdırıb.

