18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa Çempionatının B Divizionunda baş tutacaq oyunlarının təqvimi açıqlanıb.
Sportagon.az xəbər verir ki, B qrupunda yer alan yığmamız turnirdə ilk oyununu iyulun 24-də Polşaya qarşı keçirəcək.
Komandamız iyulun 25-də Ukrayna, iyulun 26-da İslandiya, iyulun 28-də Portuqaliya və iyulun 29-da Çexiya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Çempionatının B Divizionunun oyunları Xorvatiyada təşkil olunacaq.

