“Qızıl top”un 2026-cı il üzrə namizədlərinin açıqlanacağı tarix bəlli olub.
Sportagon.az xəbər verir ki, “Qızıl top” mükafatının 2026-cı il üzrə bütün kateqoriyalarında namizədlərin siyahısı sentyabrın 8-də açıqlanacaq. Qısa siyahılar mükafatın rəsmi saytında dərc olunacaq.
Mükafat üzrə namizədlərin sayı və kateqoriyalar belədir:
Kişilər arasında “Qızıl top” – 30 futbolçu
Qadınlar arasında “Qızıl top” – 30 futbolçu
Kişilər arasında ilin ən yaxşı gənc futbolçusu – 10 namizəd
Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu – 5 namizəd
Kişilər arasında ilin ən yaxşı qapıçısı – 10 namizəd
Qadınlar arasında ilin ən yaxşı qapıçısı – 5 namizəd
Kişilər arasında ilin ən yaxşı məşqçisi – 5 namizəd
Qadınlar arasında ilin ən yaxşı məşqçisi – 5 namizəd
Kişilər arasında ilin ən yaxşı hücumçusu – 10 namizəd
Qadınlar arasında ilin ən yaxşı hücumçusu – 5 namizəd
İlin ən yaxşı kişi klubu – 5 klub
İlin ən yaxşı qadın klubu – 5 klub
“Qızıl top-2026”nın təqdimat mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu ilki tədbir mükafatın təsis edilməsinin 70 illiyinə təsadüf edir.
Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin fransalı hücumçusu Usman Dembeledir.

