“Yuventus”un futbolçusu Kənan Yıldız əməliyyat olunub.
Sportagon.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Sol ayağında sınıq aşkarlanan türkiyəli vingerin əməliyyatı uğurlu keçib. 21 yaşlı oyunçu təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Turin təmsilçisinin hücumçusu Ceff Exator da sıradan çıxıb. 19 yaşlı italiyalı forvard komandanın məşqi zamanı ayaq əzələsindən zədə alıb.

