“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportagon.az xəbər verir ki, “qara qartallar” “Bayer”dən Ernest Pokunu transfer edib.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı hücumçu icarə əsasında komandaya qoşulub.O, 2027-ci ilin yayına kimi “Beşiktaş”da çıxış edəcək.
Qeyd edək ki, Poku 2025-ci ildən “Bayer”də çıxış edir.O, Leverkuzen təmsilçisində 29 oyunda 5 qol vurub.

