“Liverpul” PSJ-nin hücumçusu Bredli Barkolanın transferi ilə bağlı razılığa gəlib.
Sportagon.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında şifahi razılaşma əldə olunub. “Liverpul” 23 yaşlı futbolçu üçün ilkin olaraq 100 milyon funt-sterlinq ödəyəcək. Bonuslarla birlikdə transferin ümumi məbləği 140 milyon avroya qədər yüksələ bilər.
Romano bildirib ki,klublar arasında sənədlərin mübadiləsinin 24 saat ərzində həyata keçirilməsi gözlənilir.
Bredli Barkola 2023-cü ildən PSJ-də çıxış edir. Fransalı hücumçu ötən mövsüm Liqa 1-də 29 matçda 11 qol vurub və 1 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 16 oyunda 2 qol vurub və 4 assist edib.

