“Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Sportagon.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Hüseynəli Quliyevi heyətinə qatıb. Azərbaycanlı qolkiperlə ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt”, “Səbail” və “İmişli” klublarında çıxış edib.
Xatırladaq ki, “Zirə” yay fasiləsində Amin Seydiyev, Maykon Kleyton, Vierinya və Ayxan Hüseynovu da transfer edib.


