DÇ-2026-da qrup mərhələsində sonuncu – 3-cü turun oyunları keçirilir.
Sportagon.az xəbər verir ki, bir qədər əvvəl başa çatan oyunların nəticəsinə əsasən Kot d’Divuar və Ekvador pley-offa vəsiqə qazanıb. Kürasao isə turnirlə vidalaşıb.
Almaniyaya 2:1 hesabı ilə qalib gələrək xallarını 4-ə çatdıran Ekvador ən yaxşı 8 qrup üçüncüsündən biri kimi 1/16 finala yüksələn ikinci komanda olub. Buna qədər Bosniya və Herseqovina da 4 xalla qrup üçüncüsü kimi pley-offa vəsiqə qazanmışdı.

